Azərbaycanda deputatın oğlu maşınla adam vurub? – ÖZƏL AÇIQLAMA

Azərbaycanda deputatın oğlu maşınla adam vurub? –  ÖZƏL AÇIQLAMA
Siyasət
18:00 29.04.2014
3418

Milli Məclisini deputatı Fərəc Quliyevin oğlu Turkel Quliyevin oğlundan Səbail rayon Məhkəməsinə müraciət edib. Turkel Quliyevin törətdiyi yol qəzasında xəsarət alan Bakı şəhər sakini Afaq Süleymanova məhkəməyə göndərdiyi iddia ərizəsində deputatın oğlundan 100 min manat təzminat tələb olunur. 

 AZXEBER.COM-un məlumatına görə, Afaq Süleymanova teleqraf.com-a deyib ki, Yasamal rayonunda yoldan keçərkən Türkel Fərəcovun idarə etdiyi maşının altında qalıb. Afaq Süleymanova deputatın oğlunun aldığı qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikada müalicə alan Afaq Süleymanova sonradan müalicəsini Kliniki Tibbi Mərkəzdə davam etdirib. 

Afaq Süleymanovanın sözlərinə görə, xəstəxanada aldığı müalicəsinin xərclərini deputat çəkib. O, deyib ki, xəstəxanada düzgün müalicəsi aparılmayıb və bununla bağlı gözlərində qüsur əmələ gəlib: “Göz damarlarımda qan yığılması qalıb. Bununda müalicəsi Azərbaycandan kənarda aparılmalıdır”. 

Afaq Süleymanova deyib ki, Türkel Quliyev hadisə zamanı sürət həddini aşıb və bunun da nəticəsində ağır qəzanın baş verməsi ilə nəticələnib. O, deyib ki, ekspertiza sürət həddi ilə bağlı saxta rəy verib. Onun sözlərinə görə, rəy əsasında Yasamal rayon Prokurorluğu cinayət işinin başlanmasına xitam verib: “Atam cinayət işinin rədd edilməsi ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətimiz əsasında cinayət işi təzələnib və araşdırılması üçün Hərbi Prokurorluğa göndərilib”. 

Afaq Süleymnaova deyib ki, deputatın oğluna qarşı Səbail rayon Məhkəməsində iddia qaldırıb. İddiaçı dəymiş mənəvi ziyana görə, deputatın oğlundan 100 min manat təzminat ödəməsini tələb edir. Iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Məhkəmə Türkel Süleymanova məhkəmədə iştirak etməsi üçün bildiriş göndərsə də, o, məhkəmənin hazırlıq iclasında iştirak etməyib. Məhkəmə baxışı mayın 6-na təyin olunub. 

Məsələylə bağlı AZXEBER.COM portalı olaraq deputat Fərəc Quliyevlə əlaqə saxladıq. Deputat oğlunun sürət həddini aşmadığını və hadisənin bilərəkdən edilmədiyini bildirib:

“Oğlumun məhkəməyə verilməsi və məhkəməyə gəlməməsi ilə bağlı məlumat yalandır. Belə bir şey yoxdur. Oğlum il yarım bundan öncə hərbi xidmətdə olarkən, hərbi maşınla qəza törətmişdi. Orada da ekspertiza sübut etmişdir ki, qəzada oğlumun günahı yoxdur”.

Qeyd edək ki, Türkel Quliyev Milli Məclisini üzvü Fərəc Quliyevin kiçik oğludur. Türkel Quliyev Bədən Tərbiyə və İdman Akademiyasını bitirib, ehtiyatda olan zabitdir.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya