Azərbaycanda deputatların maaşı artırıldı – Qanun qəbul edildi

SİYASƏT
13:04 17.12.2013
1397

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlament sədrinin, komitə sədrlərinin və parlament üzvlərinin aylıq vəzifə maaşının artırılması məsələsi müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Dəyişikliklə əlaqədar qeyd olunan şəxslərin də aylıq vəzifə maaşlarında avtomatik artım baş verir. Ə. Hüseynli onu da bildirib ki, Milli Məclis üzvləri bu gəlirlərdən müvafiq vergilər də verirlər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, hesablamalara görə bu artım 15,3 faizdir.

Müzakirələr zamanı deputat Siyavuş Novruzov bildirib ki, bəzi qüvvələr bundan ajiotaj yaratmaq istəyir ki, bunun da əsası yoxdur. O müqayisə üçün bildirib ki, Azərbaycanda digər sahələrə də dövlətin xüsusi qayğısı var. O həmçinin mətbuata da müraciət edib: “Dünyada belə bir qayda var ki, kiminsə maaşını soruşmaq düzgün hal deyil. Ona görə də mətbuat nümayəndələrindən xahiş edirik ki, bunu öz səhifələrində çox da açıb ağartmasınlar”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq