Azərbaycanda dərmanların qiyməti ‘əl yandırır’ – Ekspert danışır

Azərbaycanda dərmanların qiyməti ‘əl yandırır’ –  Ekspert danışır
Bütün Xəbərlər
15:11 01.05.2013
1818

Azərbaycanda hazırda eyni dərmanlar müxtəlif apteklərdə fərqli qiymətlərə satılır.

Dərman vasitələri üçün vahid qiymətin tətbiqi məqsədilə bağlı artıq Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə müzakirələr aparmağa başlayıb. Vahid qiymət siyasəti tətbiq edildikdə Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq.

Ancaq son dövrlər Azərbaycanda dərmanların qiymətləri süni şəkildə qaldırılır. Dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır ki, bu da istehlakçıların haqlı narazılığına səbəb olur.

Bununla yanaşı ölkəyə gətirilən dərman vasitələrinin içlik vərəqələri ilə bağlıda müəyyən problemlər mövcuddur. Qanunvericiliyə görə, həmin vərəqələr Azərbaycan dilində olmalı olsa da, praktikada bunun əksini müşahidə edirik. Belə ki, özəl apteklərdə satılan dərman preparatlarının əksəriyyətində içlik vərəqəsi ya Rus, ya dakı İngilis dilində alıcılara təqdim edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a verdiyi açıqlamada daha çox satışda olan dərmanların Hindistan istehsalı olmasına diqqət çəkib. O, Azərbaycanda dərman alıcılarının sayının Fransadan və Hindistandan az olmasına baxmayaq, qiymətlərin sözügedən ölkələrə nisbətdə daha baha olduğunu söyləyib:

“Azərbaycanda dərman preparatlarının qiymətlərində artım müşahidə olunur. Fransa, Hindistanla müqayisədə Azərbaycan əhalisinin dərmanlara olan marağı 20 dəfəyə qədər azdır”.

E. Hüseynov Azərbaycanda səhiyyə sektorunda olan problemlərin də qiymət artımına öz təsirini göstərdiyini bildirib. Onun fikrincə, hazırda Azərbaycan səhiyyəsində diaqnoz problemi müşahidə olunur və xəstələr buna görə xarici ölkələrə üz tutur:

“Azərbaycanda dərman yox, diaqnoz problemi var. Buda ölkə əhalisinin xaricə üz tutması ilə nəticələnir. Çox təssüf ki, ölkədə posientlərin müdafiəsi komitəsi hələ də yaradılmayıb”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək