“Azərbaycanda dil səddi yoxdur, turistlərə münasibət çox yaxşıdır” - İlham Əliyev

“Azərbaycanda dil səddi yoxdur, turistlərə münasibət çox yaxşıdır” - İlham Əliyev
SİYASƏT
22:41 04.12.2018
3834
Prezident İlham Əliyev dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-2018” ilə tanış olarkən Rusiyanın "Rossiya-24” televiziya kanalına müsahibə verib.

AZXBER.COM həmin müsahibəni təqdim edir:

Müxbir: Cənab Prezident, müsahibə verdiyiniz üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq. İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.

Prezident İlham Əliyev: Olar, buyurun. Azərbaycan dilində də çox gözəl danışırsınız.

- İlk növbədə demək istərdim ki, mən Azərbaycana birinci dəfə gəlmirəm və Bakıda həmişə nəyinsə dəyişdiyini görmək çox xoşdur. Siz inkişaf edirsiniz, nailiyyətlərlə kifayətlənmirsiniz. Zəhmət olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm ki, Siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?

- Tamamilə doğrudur. Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, "Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır.

- Həm də əbədi deyil.

- Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun.

- Zəhmət olmasa deyin, turizm sahəsi. Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox turist Rusiyadandır. Doğrudur?

- Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.

- Ləziz təamlarınız...

- Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim - yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq.

- Müsahibəyə görə çox sağ olun!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN: Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi barədə iddialar əsassızdır
20:30 02.07.2025
XİN: Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi barədə iddialar əsassızdır
Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər
20:20 02.07.2025
Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər
Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək
20:08 02.07.2025
Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
19:59 02.07.2025
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir