Azərbaycanda dönər standartı qəbul edildi

Azərbaycanda dönər standartı qəbul edildi
Bütün Xəbərlər
16:32 11.10.2012
1734
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli Əmri ilə “AZS 744-2012” “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilib.Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilib.Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər. Standarta əsasən hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir. Məsələn, resepturada 200 qram qeyd olunubsa ətin kütlə payı 100 qramdan az olmamalıdır. Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 650C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ci işlər naziri Ceyhun Bayramov və Qazaxıstan baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzaki', 'keywords' => 'Azərbaycan, olunub, naziri, xarici, işlər, müzakirə, arasında, əməkdaşlığın, Qazaxıstan, əldə, zamanı, Qazaxıstanın, inkişafına, olduqları, regional, səfərlərin, vurğulayıblar, etdiyini, xidmət, tutan', ), ), ); ?>
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
13:58 14.08.2025
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
13:54 14.08.2025
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
13:47 14.08.2025
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
13:32 14.08.2025
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
Tramp və Putin sabah görüşəcək
13:32 14.08.2025
Tramp və Putin sabah görüşəcək
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
13:31 14.08.2025
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
13:30 14.08.2025
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
13:28 14.08.2025
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
13:23 14.08.2025
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
13:18 14.08.2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
12:59 14.08.2025
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
Hollandiyada hava şarı qəzası: Ölən var
12:56 14.08.2025
Hollandiyada hava şarı qəzası: Ölən var
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
12:50 14.08.2025
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
12:49 14.08.2025
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
12:48 14.08.2025
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir
12:41 14.08.2025
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir