Azərbaycanda doktoranturaya ilk dəfə sənəd qəbulu başladı

Azərbaycanda doktoranturaya ilk dəfə sənəd qəbulu başladı
GƏNCLİK
11:10 01.09.2011
2785

Bu gündən Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulu başlayır. AZXEBER.COM-un Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, doktoranturaya sənəd qəbulu bir ay müddətində sentyabrın 1-dən 30-dək aparılacaq. Sənədlərin qəbulundan sonra isə oktyabr ayında doktoranturaya qəbul imtahanları keçiriləcək. Nazirlər Kabinetinin 129№-li 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: - Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); - Kadrların şəxsi-qeydiyyat vərəqi; - Tərcümeyi-hal; - İş yerindən xasiyyətnamə; - 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - İş stajı olanlar üçün əmək kitabçasından çıxarış; - Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; - Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - Şəxsiyyəti təsdiq edən sənədin surəti. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: - Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); - Kadrların şəxsi-qeydiyyat vərəqi; - Tərcümeyi-hal; - 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - İş yerindən xasiyyətnamə; - Əmək kitabçasından çıxarış; - Çap olunmuş elmi işlərin siyahısı; - “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; - Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti; - Şəxsiyyəti təsdiq edən sənədin surəti. Doktoranturaya sənədlər sentyabr ayının 1-dən ilin sonunadək qəbul edilir. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. İxtisas üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planlarda göstərilib. Qeyd edək ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir