Azərbaycanda dollar ajiotajı xarici mediada - 'Reuters' də yazdı

İQTİSADİYYAT
11:56 06.09.2016
3315
“Reuters” agentliyi: Bir dollar iki manata satılır, Mərkəzi Bank şərh vermir
“Reuters” agentliyi xəbər verir ki, Azərbaycan bankları xarici valyuta satışını kəskin məhdudlaşdırıb, dollara tələbat isə kəskin artmaqda davam edir. Xəbər verilir ki, növbəti kəskin devalvasiyadan çəkinən bizneslər və müştərilər kütləvi şəkildə manatdan xilas olmağa çalışırlar.
Bazar ertəsi manatın rəsmi məzənnəsi 1, 6363-a düşüb. Bu ötən martın ortalarından bəri ən aşağı məzənnədir.
“Reuters” agentliyinin müxbirləri bildirirlər ki, qara bazarda bir dollar iki manata satılır. Agentliyin müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırlmışdı, digər banklarda isə rəsmi limitin 500 dollar olmasına baxmayaraq bir ələ yalnız 100 dollar verilirdi. Akif Şükürov adlı Bakı biznesmeni “Reuters”ə bildirib ki, on ildir çilçıraq satmaqla məşğulıdur, amma indi dollar olmadığından təchizatçıların pulunu ödəyə bilmir.
“Reuters” yazır ki, Azərbacanın Mərkəzi bankı keçən il baş vermiş iki kəskin devalvasiyadan sonra milli valyutaya etimadı möhkəmləndirməyə çalışır.
Azərbaycan büdcəsi gəlirlərinin dörddə üçünü enerji ixracatının gəlirləri təşkil edir və neft qiymətlərinin son vaxtlarda kəskin düşməsi manat üzərinə təzyiqi xeyli artırıb. Avqustun sonlarında Azərbaycan MB bildirmişdi ki, dollara yüksək tələbat mövsümi xarakter daşıyır. Bank həmçinin bildirmişdi ki, biznesləri və bankları dəstəkləməkdə davam edəcək. MB habelə elan etmişdi ki, Dövlət Neft Fondundan auksionlar vasitəsilə xarici valyuta satışı davam etdiriləcək.
Lakin “Reuters” bildirir ki, auksionlar həftədə cəmi iki dəfə keçirilir və 50 milyon dollarlıq limitə malikdir. Halbuki MB-nin öz rəqəmlərinə görə xarici valyutaya tələbat 10 dəfə artıqdır. “Reuters” bildirir ki, MB-dənbu xəbərlə əlaqədar şərh ala bilməyib.
(Azadlıq.org)

OXŞAR XƏBƏRLƏR