Azərbaycanda reproduktiv hüceyrələr üzrə donorluğun maksimum yaş həddi müəyyənləşdiriləcək. Milli Məclisin Sosial siyasət komitəsində cümə axşamı müzakirəyə çıxarılan "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində qeyd olunur ki, donor 35 yaşadək kişi və qadın ola bilər.Layihədə bildirilir ki, donor xidmətindən istifadə edən ailənin donorun milliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququ var. Donorluq müqavilə əsasında olur və bir şəxs yalnız 5 ailə üçün donor ola bilər.Layihədə əvvəlki variantdan fərqli olaraq edilən dəyişikliklər analıq hüququ və sonsuzluğun müalicəsi ilə bağlıdır. Layihənin 10-cu maddəsinə əsasən, sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququna malikdir.Layihədə göstərilib ki, tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə oluna bilər. İnsanın klonlaşdırılması məqsədilə reprodiktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.