Azərbaycanda dörd rektor vəzifəsindən azad edildi - Onlar deputatlığı seçdilər

SİYASƏT
00:12 25.11.2015
2263

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.H.Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqınd sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin".

Prezidentİlham Əliyev Səməd Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.

İlham Əliyevin başqa bir sərəncamı ilə isə Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Qulam oğlu Abiyev də prezidentin sərəncamı iləvəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR