Azərbaycanda dünən 65 cinayət faktı qeydə alınıb

Azərbaycanda dünən 65 cinayət faktı qeydə alınıb
Bütün Xəbərlər
16:10 14.02.2013
1087

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindənverilən məlumata görə, onların da 55-i “isti izlər”lə açılıb.Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər yaralanıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.Cinayət törətdiklərinə görə 54 nəfər tutulub.

OXŞAR XƏBƏRLƏR