Azərbaycanda dünənki qəzaların qanlı statistikası: 15 ölü

Azərbaycanda dünənki qəzaların qanlı statistikası:  15 ölü
Bütün Xəbərlər
12:20 17.09.2013
1662

Ötən gün respublikada baş verən yol qəzalarında 15 nəfər həyatını itirib. 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, ötən gün respublikada 24 yol qəzası baş verib. Nəticədə 15 nəfər ölüb, 33 nəfər yaralanıb. Baş verən yol qəzalarının ikisi Sumqayıtda qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

K. Əliyev sürücülərə müraciətində bildirib ki, təkcə ötən gün baş verən yol qəzalarının statistikası sürücülərin surət həddinə məhəl qoymadığını göstərir. K. Əliyev bir daha sürücüləri surət həddini aşmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR