“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat

“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
İQTİSADİYYAT
15:04 23.09.2025
413
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) keçirilib. Tədbirdə yerli və xarici investorlar, biznes nümayəndələri və iqtisadçılar iştirak edib. Forum çərçivəsində ölkənin investisiya imkanları təqdim olunub, yeni iqtisadi layihələr müzakirə edilib və xarici investisiyaların cəlb edilməsi imkanları araşdırılıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Azərbaycan son illərdə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir:

"Ölkəmizin durmadan artan nüfuzu siyasi, iqtisadi və digər sahələrdə özünü göstərir. 2020-ci il Vətən Müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra suverenliyimizin bərpası qlobal səviyyədə gücümüzü artırdı. Eyni zamanda iqtisadi potensialımız da davamlı inkişaf edir”.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi”ni imzalayaraq dünyanın ən güclü şirkətlərini ölkəmizə cəlb etdi və siyasi-təhlükəsizlik arxitekturasında böyük addımlar atdı:

"Cənab Prezident İlham Əliyev də idarəetmə sistemində ölkəmizin inkişafına iqtisadi və siyasi sahədə xüsusi diqqət yetirdi”.

Millət vəkili deyib ki, son illərdə əsas gəlir mənbəyimiz neft-qaz sektoru olaraq qalır:

"Lakin bununla yanaşı, qeyri-neft sektoruna da ciddi önəm verilir və bu sahənin inkişafına xüsusi diqqət yetirilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR