Azərbaycanda məhbus ölümü faktı baş verib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə alan, 1963-cü il təvəllüdlü İsmayıl Ağayev xəstəlikdən dünyasını dəyişib.Qeyd edək ki, İ. Ağayev İrandan Azərbaycana narkotik daşıyan dəstənin üzvü olub. O, 2010-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilib. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib.APA