Azərbaycanda dövlət sifarişli bəzi ixtisasların təhsil xərclərində dəyişikliklər edildi

Azərbaycanda dövlət sifarişli bəzi ixtisasların təhsil xərclərində dəyişikliklər edildi
Bütün Xəbərlər
18:50 20.09.2013
1524
Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı"na əsasən, əvvəllər sənətşünaslıq və rejissorluq ixtisasları üzrə təhsil xərcləri 1500 manat, dekorativ sənət, dizayn, rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərcləri 2000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 1800 manat, müalicə işi, hərbi həkim işi, tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə təhsil xərcləri 2500 manat olub.

Nazirlər Kabinetinin dəyişikliyinə əsasən, bakalavriat səviyyəsində sənətşünaslıq ixtisası üzrə təhsil xərci 1700 manat, rejissorluq ixtisası üzrə 2400 manat, dekorativ sənət ixtisası üzrə 4000 manat, dizayn ixtisası üzrə təhsil xərci 1920 manat rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərci 5000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 2000 manat, müalicə işi və hərbi həkim işi ixtisasları üzrə təhsil xərci 4500 manat, tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə təhsil xərci 4000 manat müəyyənləşdirilib.

“Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı”na əsasən isə əvvəllər sənətşünaslıq, aktyor sənəti, dekorativ sənət, rejissorluq, dizayn, rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq və səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci 1800 manat olub. Qaydalardakı dəyişikliyə əsasən, magistratura səviyyəsində sənətşünaslıq ixtisası üzrə təhsil xərci 1700 manat, aktyor sənəti ixtisası üzrə təhsil xərci 2000 manat, dekorativ sənət ixtisası üzrə təhsil xərci 4000 manat, rejissorluq ixtisası üzrə təhsil xərci 2600 manat, dizayn ixtisası üzrə təhsil xərci 1920 manat, rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərci 5000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 2000 manat, səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci 4000 manata qaldırılıb.

Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci isə 4000 manat müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR