2026-cı ilin ilk 10 ayı ərzində əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün 9 min 466 müraciət daxil olub.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq məlumat verilib.
Qeyd olunub ki, sözügedən dövrdə əcnəbilərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması məqsədilə işəgötürənlər tərəfindən iş icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı ümumilikdə 9 min 466 müraciət qeydə alınıb.
Müraciətlərin ən çoxu tikinti, emal və mədənçıxarma sənayesi sahələrinin payına düşüb.











































