Azərbaycanda “Elektron hökumət” portalından yenilik

Azərbaycanda “Elektron hökumət” portalından yenilik
MEDIA
11:36 20.09.2013
1264

Azərbaycanda vətəndaşlar bundan sonra sosial müavinət və təqaüdlər haqqında elektron xidmət vasitəsilə daha asan şəkildə ətraflı məlumat əldə edə biləcəklər.

AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” adlı elektron xidmətini “Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə təqdim edib.

Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər interaktiv xidmət növündən ödənişsiz istifadə edəcəklər. Portalda qeydiyyatdan keçmədən də ƏƏSMN-in sözügedən xidmətini seçdikdən sonra təqdim olunmuş xanalarda tələb olunan məlumatları dolduraraq elektron xidmətdən yararlanmaq mümkündür.

Qeyd edək ki, sosial müavinət və təqaüd təyinatı ilə bağlı müraciət ƏƏSMN-in Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə lazımi məlumatlar verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.

Təqdim edilən sənədlər Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin (nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin) iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir.

Qanuna əsasən sosial müavinətlər təqdim olunma əsaslarından asılı olaraq iki qrupa - aylıq müavinətlər və birdəfəlik müavinətlərə ayrılır. Sosial müavinətlərin məbləği ölkə başçısının fərman və sərəncamları ilə müəyyən edilir. Hazırda respublikamızda ayrı-ayrı kateqoriya vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə ölkə başçısının müxtəlif fərman və sərəncamlarına əsasən, Azərbaycan prezidentinin təqaüdləri təyin olunaraq ödənilir.//apa

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ