Azərbaycanda ən bərbad təhsil verən özəl universitet müəyyənləşdi - SORĞU

Azərbaycanda ən bərbad təhsil verən özəl universitet müəyyənləşdi -  SORĞU
Bütün Xəbərlər
14:16 02.05.2013
43485

Azərbaycanda fəaliyyət göstərən ali dövlət müəssisələrinin sayı 36, özəl ali təhsil müəssisələrinin sayı isə 15-dir.

Özəl təhsil müəssisələrində təhsil haqqının qiyməti 1200-4500 manat arasında dəyişir. Digər dövlətlərin təhsil sistemində əsas üstünlük özəl təhsil müəssisələrin üzərinə düşdüyündən burada təhsil haqqı məsələləri bazar qiymətlərinə, vətəndaşların maddi gəlirlərinə uyğun tənzimlənir. Belə ki, cəmiyyət özü bu məsələdə fəaldır. Əgər vətəndaş görsə ki, hansısa bir təhsil müəssisəsinin ödənişi yüksəkdir, bura müraciət edənlərin sayı azalır və nəticədə həmin təhsil müəssəsi qiymətlərlə bağlı məsələyə yenidən baxır. Buna baxmayaraq, bu faktı Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrinə şamil etmək qeyri-mümkündür. Çünki, hər il qiymətləri durmadan artıran özəl universitetlər, təhsil haqqlarını bazar qiymətlərinə, vətəndaşların maddi gəlirlərinə uyğun tənzimləmir.

Təbii ki, barmaqla sayıla biləcək qədər az özəl müəssəsələr var ki, onlar universitetlərdə yalnız təhsilə önəm verirlər.

Son illər korrupsiya faktlarının Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssəsələrində tüğyan etməsi, təhsildə böyük problemlərin ortaya çıxmasına səbəb olub.

Özəl universitetlərdə illik təhsil haqqının çox baha olması və buna rəğmən tələbələrə keyfiyyətsiz təhsil verilməsi valideyin və tələbərin narazılığı ilə qarşılanır. Belə olan halda isə hərkəsi bir sual maraqlandırır.

Hansı özəl ali təhsil müəssəsində həm ucuz, həm də keyfiyyətli təhsil almaq olar?

Müşahidələrimiz onu göstərir ki, əslində özəl universitetlərin çoxunda vəziyyət çox acınacaqlıdır. Hətta adı yalnız qəbul imtahanları zamanı eşidilən özəl ali təhsil müəssəsələri də az deyil. Türkiyədə, Ukraynada fəaliyyət göstərən və lisenziya almayan universitetlərin “işbaz”ları da hər il küllü miqdarda qeyri-qanunu tələbə qəbulundan pul qazanırlar.

AZXEBER.COM portalı 2012/2013 təhsil ilinin bitməsini nəzərə alıb, rəsmi 116 minlik “facebook” səhifəsində “Sizcə Azərbaycanda fəaliyyət göstərən hansı özəl ali təhsil müəssəsəsində təhsilin vəziyyəti bərbaddı?” sualı ilə sorğu keçirib. Sorğuda iştirak edən respondentlərinorta hesabla 70%-i hazırda fəaliyyətini davam etdirən Təfəkkür Universitetində təhislin bərbad olduğunu bildiriblər. Təhsilin bərbad olduğu özəl universitetlər arasında ikinci siyahını Azərbaycan İctimai-Siyasi Universiteti tutub.

Sorğunun nəticələrinə uyğun olaraq təhislin bərbad olduğu özəl universitetlərin siyahısı aşağıdakı kimidir:

Təfəkkür Universiteti

Azərbaycan İctimai-Siyasi Universiteti

Azərbaycan Koorporasiya Universiteti

Bakı Avrasiya Universiteti

Bakı Asiya Universiteti

Odlar Yurdu Universiteti

Azərbaycan Universiteti

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR