Qərb bölgəsində ən böyük bayraq meydanı Göygöldə tikilir. Göygöl rayon İcra Hakimiyyətindən bu barədə verilən məlumata görə, meydanın tikilməsi üçün 5 hektar ərazi ayrılıb ki, bunun da 300 kv/m-də bayraq meydanı inşa edilir.Rayonun ən hündür yerində inşa edilən bayrağın dirəyi 70 m hündürlükdədir və onu bütün istiqamətlərdən görmək mümkündür. Məlumatda bildirilib ki, ərazidə muzeyin tikilməsi də nəzərdə tutulur. Bildirək ki, bayragın sağ və sol tərəfindən pilləkənlər inşa edilib.Bu ilin iyul ayından strat verilən işlər, oktyabrda yekunlaşacaq. Burada meşə zolağının salınması da planlaşdırılır.