Azərbaycanda ən çox aparılan plastik əməliyyatlar-SİYAHI

SAĞLAMLIQ
14:46 11.01.2012
6248
Azərbaycanda həyata keçirilən plastik əməliyyatlar sırasında ilk yeri burunun xarici görünüşünün dəyişdirilməsi tutur. AZXEBER.COM-un məlumatına görə, bunu Trend-ə Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin (ABEPRCC ) üzvü, tanınmış plastik cərrahCamal Əzimzadəbildirib.Onun sözlərinə görə, bu siyahıda sonrakı yerdə üz cizgilərinin dəyişdirilməsi, yəni qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır. Azərbaycanda daha çox edilən üçüncü plastik əməliyyatlar isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nayihəsinin böyüdülməsidir. Azərbaycanda dərialtı piylərin xaric edilməsi də ən çox aparılan plastik əməliyyatlar sırasındadır.Camal Əzimzadə deyib ki, silikondan daha çox süd vəzisinin böyüdülməsi məqsədilə istifadə edilir. Sinəsini böyütmək istəyənlərin çoxu uşaq dünyaya gətirən qadınlardır. Bu əməliyyatı etdirən qadınların müəyyən hissəsini isə hələ ana olmayan gənc xanımlar təşkil edir.Həkimin sözlərinə görə, silikonlardan yalnız cavan xanımlar deyil, yaşlı, hətta 60-62 yaşlı qadınlar da istifadə edirlər.O bildirib ki, yalnız qadınlar deyil, kişilər də plastik əməliyyat etdirirlər. Qadınlar kimi, kişilər də daha çox burun formalarının dəyişdirilməsi üçün plastik əməliyyat etdirirlər.Kişilərin daha çox etdirdiyi plastik əməliyyatlar siyahısında ikinci yeri göz qapaqlarının və qırışların dartılması, üçüncü yeri isə dərialtı piylərin götürdülməsi tutur.“Ümumilikdə, plastik əməliyyatlara daha çox qadınlar maraq göstərirlər. Kişilər daha çox qorxduqları üçün bu əməliyyatları etdirmirlər. Kişilərin plastik əməliyyatlardan çəkinməsinin digər səbəbi onların düşüncə tərzi ilə bağlıdır. Kişilərin bir qismi elə düşünür ki, əməliyyat etdirsələr, onlara yaxşı baxmazlar. Ona görə də utanıb plastik əməliyyat etdirmirlər”, - Camal Əzimzadə bildirib.O qeyd edib ki, ki, qadınlar kimi kişilər də doqaqlarının həcmini böyütmək üçün gellərdən istifadə edirlər. Onun sözlərinə görə, normal oriyentasiyası olan, yəni cinsi azlığa mənsub olmayan kişilər də dodaqlarını böyüdürlər.Həkim bildirib ki, dodaqların böyüdülməsi üçün müxtəlif gellərdən istifadə olunur. Gellər tez və gec sorulan olur. Təbii gellər bir neçə aydan bir ilə qədər olan müddətdə orqanizmdən tamamilə sorulub xaric edilir. Səhiyyə Nazirliyinin icazəsi ilə işlədilən gellərdən istifadə zamanı orqanizmdə heç bir fəsad yaranmır. Amma xaricdən, xüsusilə Rusiya və Ukraynadan ucuz qiymətə gətirilmiş keyfiyyətsiz sintetik gellərin istifadəsi nəticəsində müəyyən fəsadlar yarana bilər. Belə gellərin bədəndə qaldıqca irinləmə verməsi mümkündür. Kauçuk, rezindən olan silikonlar isə orqanizmdə daha uzun müddət qalır. Amma silikon implantların da ümumi cərrahi fəsadları ola, yəni yara irinləyə bilər.Camal Əzimzadənin sözlərinə görə, gel və silikonların orqanizmdən çıxarılması ucuz əməliyyatdır. Bu əməliyyat 100-150 manata başa gəlir.Həkim bildirib ki, orqanlara keyfiyyətli gelin vurulması bir neçə dəfə təkrarlana bilər. Belə əməliyyatların dəfələrlə edilməsi orqanizm üçün heç bir fəsad yaratmır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb