Azərbaycanda ən çox ölüm gətirən bəlalar

SAĞLAMLIQ
10:16 19.11.2013
3311

Dünya Səhiyyə Təşkilatı (DST) ürək-damar xəstəliklərinin geniş yayılması ilə bağlı xəbərdarlıq edib.

DST-nin son açıqlamasına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi olan ürək-damar xəstəliklərindən, xüsusilə ürək xəstəlikləri və insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq. Bu halların əsas artım faizinin Şərqi Aralıq dənizi regionunda müşahidə ediləcəyi, ölüm hallarının çoxunun isə Cənubi-Şərqi Asiya regionda olacağı gözlənilir.

DST-nin proqnozları Azərbaycan üçün də ürəkaçan deyil. Ölkəmizdə də son illər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. DST-nin hesablamalarına görə, bu xəstəlik üzrə ölkəmiz ilk beşlikdə yer alıb.

Səhiyyə nazirinin müavini Elsever Ağayev də Modern.az-a açıqlamasında təsdiqləyib ki, Azərbaycanda ən geniş yayılan xəstəlik ürək-damar sistemi xəstəlikləridir. Nazir müavininin sözlərinə görə, qan dövranı xəstəlikləri dünya ölkələri kimi, ölkəmizdə də çoxlarının əziyyət çəkdiyi xəstəliklər sırasına daxildir.

Hətta ölüm hallarının sayına görə də ürək-damar xəstəlikləri birinci yerdə dayanır.

Sonrakı yeri isə onkoloji xəstəliklər tutur. İqlim dəyişkənliyi, təbii qidalanmama son illər şiş xəstəliklərinin sayını artırıb. Hətta bu xəstəlik cavanlaşmaya doğru gedir.

E. Ağayev onu da bildirib ki, son illər tənəffüs yolları xəstəlikləri ilə müraciətlərin də sayında artım var. Onkoloji xəstəliklərdən sonra ən çox yayılan tənəffüs yolları xəstəlikləridir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir