Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, həmin ən yaşlı seçici Lənkəran rayonundan olan qadındır və 1890-cı ildə anadan olub: "Kişilər arasında ən yaşlı seçici isə 1920-ci ildə anadan olub".
MSK sədri həmçinin qeyd edib ki, ümumilikdə seçicilərdən 212 nəfərinin yaşı 100-dən çoxdur.