Azərbaycanda ən yaxşı qısa filmlər mükafatlanacaq

GƏNCLİK
01:08 14.10.2011
3175

Azərbaycanda ilk dəfə olaraq Qısa Film Mükafatı keçiriləcək. Müasir Azərbaycan film sektorunun inkişafına yönəlmiş mükafatın başlama tarixi 15 noyabr kimi nəzərdə tutulub.

AZXEBER.COM-un məlumatına görə, 2011–ci ilin 15 Noyabr – 15 Dekabr tarixləri arasında qısa filmlərin qəbuluna başlancaq olan mükafatın bir ay ərzində, yəni 2012–ci ilin 15 Yanvar tarixinə kimi səsvermə müddəti keçiriləcək. Nəticələrin açıqlanacağı və Mükafatlandırma tədbirinin keçiriləcəyi günün isə fevral ayının sonuna və mart ayının əvvəlinə təsadüf edəcəyi gözlənilir.

Qısa film mükafatının təsisçisi, “Nano Dünya” yenilik və texnologiya jurnalının sahibi Vüqar Alışov : layihənin məqsədinin ictimaiyyətin diqqətini Azərbaycanın müasir film sektoruna cəlb etmək, müasir filmlərin sosial önəmini artırmaq və Azərbaycan gənciliyini belə səmərəli və lazımi işlərlə məşqul olmasına doğru yönləndirməkdir.Eyni zamanda Vüqar Alışov, gələcəkdə qısa film mükafatının Azərbaycanda çox böyük uğur qazanacağına və bu mükafat tədbirinin Milli film sektorumuza çox dəyərli filmləri qazandıracağına inandığını bildirib.Azərbaycandakı ən böyük mədəni hadisəyə çevrilmək iddiasında olan Qısa Film Mükafatına sadəcə Azərbaycan dilində və Azərbaycan vətəndaşları tərəfindən qeydə alınmış qısametrajlı filmlər təqdim oluna bilər. Filmlərində dialoglara yer ayırmayanlar Azərbaycan vətəndaşları da həmçinin öz qısametrajlı filmlərini mükafata təqdim edə biləcəklər. Amma, Azərbaycan dilində olmayan və Azərbaycan vətəndaşları tərəfindən qeydə alınmayan əsərlər üçün isə hələki mükafata film təqdim edilməsi qəbul edilmir.Qeyd edək ki, Mükafat tədbirində ən yaxşı üç qısametrajlı film seçilərək müvafiq Qısa Film Mükafatı ilə təltif olunacaqlar. Bundan başqa “Nano Dünya” Yenilik və Texnologiya Jurnalının müvafiq diplomları da qaliblərə təqdim olunacaq. İlk üçlüyün seçilməsi isə rəsmi internet səhifəsindən səsvermə, facebook sosial şəbəkəsindəki rəsmi mükafatın səhifəsindən səsvermə və bundan başqa mükafat üçün xüsusən çağrılmış münsiflər heyəti tərəfindən aşkarlanacaq. Qaliblərin müəyyən edilməsində əsas olaraq qısametrajlı filmlərin ssenariləri və filmlərdəki oyunçuların dəqiq və düzgün danışıq qabiliyyətləri diqqətə alınacaq.Ətraflı məlumatı Qısa Film Mükafatının rəsmi internet səhifəsindən ala bilərsiniz :
OXŞAR XƏBƏRLƏR