Azərbaycanda ən yaxşı və ən pis özəl universitetlər bunlardır - SİYAHI

Azərbaycanda ən yaxşı və ən pis özəl universitetlər bunlardır - SİYAHI
SOSİAL
13:27 21.08.2017
20044
AZXEBER.COM informasiya portalı 540 min nəfərlik rəsmi "facebook" səhifəsində "Sizcə Azərbaycanda ən yaxşı təhsil verən özəl universitet hansıdır?" sorğusu keçirib.
 
Sorğuda 2 həftə ərzində ərzində 2 mindən çox insan iştirak edib, sorğu ümumilikdə 150 min insana çatıb. 
 
Nəticələrə görə ölkəmizdə ən yaxşı təhsil verən özəl universitet Bakı Mühəndislik Universiteti (Qafqaz universiteti) olub. Sorğuda iştirak edənlərdən 313 nəfər bu universitetə səs verib.
 
İkinci yer isə Xəzər Universiteti olub. Xəzər cəmi 135 səs toplayıb. 
 
Ən zəif təhsil verən universitetlər isə Bakı Biznes Universiteti və Bakı Qızlar Universiteti olub.
 
Təfəkkür universiteti isə bağlandığına görə sorğuda sonuncu yerlərdə məskunlaşıb. 
 
 

OXŞAR XƏBƏRLƏR