Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkarlanıb - FOTO

Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkarlanıb - FOTO
MARAQLI
22:34 27.07.2017
2430
Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkar edilib.
 
AZXEBER.COM  Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində xeyli yeni arxeoloji abidə aşkarlanıb. Bu abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir.
 
AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyevin bildirdiyinə görə, Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin neolit (yeni daş dövrü, e.ə. VIII-VI minilliklər) dövrünə aid edilməsi nəticəsində son neolit və son eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlər onların e.ə. V minilliyin birinci yarısına aid olduğunu göstərmişdir. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir".
 
V.Baxşəliyevin sözlərinə görə, Naxçıvan MR Ali Məclisi Sədrinin tövsiyyəsi ilə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan yaşayış yerində araşdırmalar iyulun 10-dan başlanıb. Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı e.ə. V minilliyin birinci yarısına aid maddi-mədəniyyət nümunələri aşkarlanıb:
 
"Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 m arasında olduğunu göstərir. Yaşayış yerindən aşkar olunan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan eneolit mədəniyyəti indiyədək izolyasiya olunmuş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir".
 
V.Baxşəliyevin sözlərinə görə, arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki eneolit abidələrində istifadə olunan obsidianın (dəvəgözü, vulkanik mənşəli şüşədən ibarət dağ suxuru) 95%-i Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılıb. "Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60%-i Göyçə, 30 %-i Sünik obsidianından istifadə olunduğunu və Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda aparılan araşdırmalar əsasında eneolit yaşayış yerlərinin GPS koordinaları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə də imkan verib"
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi