Azərbaycanda ər arvadını döyərək öldürdü

Azərbaycanda ər arvadını döyərək öldürdü
Bütün Xəbərlər
12:33 16.04.2013
1299

Bakıda ər arvadını döyərək öldürüb.

 Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 7-də N.Tusi küçəsində yaşayan Zaur Məmmədxanov ailə münaqişəsi zəminində həyat yoldaşı Rəhimə Məmmədxanovanı döyüb. Zərərçəkən xəstəxanaya daxil olub və aprelin 15-də orada dünyasını dəyişib. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaur Məmmədxanov tutulub.

OXŞAR XƏBƏRLƏR