Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mühafizə Alayının əsgərinin ölməsi ilə bağlı məlumat yayıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə dünən saat 19:20 radələrində baş verib.
Belə ki, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü, sıravi Fərid Aslan oğlu Təhməzli xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.