Azərbaycanda əsgərin intiharı ilə bağlı rəsmi açıqlama verildi
Bütün Xəbərlər
14:02 06.08.2012
1482
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu birgə məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, açıqlamada bildirilir ki, N saylı hərbi hissəsinin əsgəri İsgəndərli Pərviz Cahan oğlunun valideynləri kütləvi informasiya vasitələrində və mətbuat konfransındakı çıxışlarında oğullarının xidmət etdiyi hərbi hissənin 4 zabiti tərəfindən döyülərək bədəninin müxtəlif yerlərinin sındırılması, onun qəsdən öldürülməsi və bundan sonra izi itirmək üçün asılması, əsgərlərin daxili orqanlarının satılması, eləcə də orduda digər qanunsuzluqların baş verməsi barədə söylədikləri həqiqəti əks etdirmir.