Azərbaycanda etibarnamələr ləğv edilir? - VİDEO

Azərbaycanda etibarnamələr ləğv edilir? - VİDEO
Bütün Xəbərlər
16:41 11.12.2012
1353
Bəzi ölkələrdə avtomobillərlə bağlı etibarnamə anlayışı olmasa da elə ölkələr də var ki, onlarda şəxsi avtomobili hər hansı ikinci şəxsə verərkən bu tip sənədləşmə tələb olunur. Bu yaxınlarda artıq Rusiya da etibarnamələrin ləğvi haqqında qərar qəbul edib. Bəzi MDB ölkələrində, o cümlədən Türkiyədə də etibarnamələr ləğv olünüb. Bəs, Azərbaycanda necə? Etibarnamələrin ləğv olunmasına ehtiyac varmı? Bu sənədləşmənin aradan qaldırılmasının tərəfdarı olan ekspertlər hesab edirlər ki, etibarnamələrin verilməsi proseduru vətəndaşlar və hüquqi şəxslər üçün inzibati maneələr yaradır.Həmçinin onlara görə, notarial qaydada təsdiq edilən sənədlərin sayının azaldılması vətəndaşların da işini asanlaşdıra bilər. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə bildirir ki, etibarnamə ilə alınan avtomobillər çox zaman alan tərəf üçün problemlər yaradır. Belə ki, avtomobili etibarnamə ilə alan şəxsin nəqliyyat vasitəsi müsadirə oluna, ona həbs qoyula bilər.Avtomobilin etibarnamə ilə idarə olunmasının tərəfdarı olmayan millət vəkili hesab edir ki, nəqliyyat vasitəsini idarə etmək üçün texniki pasport və sürücülük vəsiqəsinin olması kifayətdir.Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, etibarnamələrin verilməsi zərurəti Azərbaycan Respublikası mülki məcəlləsinin 362-ci maddəsində öz əksini tapıb. Etibarnamə bir şəxsin 3-cü şəxs qarşısında təmsil olunması üçün digər şəxsə verilmiş vəkalətnamədir. Etibarnamə verən şəxs öz hüquq və vəzifələrinin həyata keçirilməsini digər şəxsə etibar edə bilər.Hüquqşünas onu da bildirdi ki, Azərbaycanda etibarnamə ilə təmsil olunan şəxslərin sayı kifayət qədərdir. Ona görə də, bunun ləğv olunması hələki qeyri-mümkündür. Şəhərdə rəyini öyrəndiymiz sürücülər də etibarnamələrin ləğvini məqsədəuyğun hesab edirlər.Cəmiyyətin tələbinə baxmayaraq deyəsən Azərbaycanda yaxın perspektivdə etibarnamələrin ləğvi planlaşdırılmır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ölkəmizdə etibarnamələrdən imtina olunmasını yaxın gələcək üçün qeyri-mümkün hesab edir. Onun sözlərinə görə, etibarnamələr ləğv olunduqda polis avtomobil, onun sahibi barədə operativ məlumat almaq imkanından məhrum ola, avtomobil sahibi də maşınının qaçırılması, oğurlanması barədə bir müddət məlumatsız qala bilər. Etibarnamə İnstitutunun ləvği bu halda həmin avtomobilin tapılması üçün müəyyən əngəllər yaradar. Bu baxımdan Azərbaycanda etibarnamələrin ləğv olunması hələlik məqsədəuyğun hesab olunmur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert