Azərbaycanda ev partladı - FOTOLAR

Azərbaycanda ev partladı -  FOTOLAR
Bütün Xəbərlər
10:23 01.12.2014
1117

Elgün Cəfərov bir neçə ay öncə toyu olduğunu və evin yeni təmirdən çıxdığını deyir.

Bərdə şəhərinin H. Aslanov küçəsində yaşayış evində partlayış olub.AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Ev sahibinin oğlu Elgün Cəfərovun sözlərinə görə, atası səhər saatlarında mətbəxə girib. Bu zaman mətbəxə sızan qaz, partlayışa səbəb olub. Nəticədə 4 otaqlı evin dam örtüyünə və pəncərələrə ziyan dəyib, divarlarda çatlar əmələ gəlib. Elgün Cəfərov bir neçə ay öncə toyu olduğunu və evin yeni təmirdən çıxdığını deyir.

Xəsarət alan ev sahibi 49 yaşlı Cavid Cəfərov əllərində və üzündə yanıq xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan II-III dərəcəli yanıq xəsarətləri alan yaralının vəziyyətinin orta ağır olduğu bildirilib.

FHN-nin Bərdə yanğından mühafizə hissəsindən də hadisənin qaz sızması nəticəsində baş verdiyini təsdiqlədilər. Baş vermiş faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR