Azərbaycanda evdən 61 yaşlı qadının meyidi tapıldı - FOTO

Azərbaycanda evdən 61 yaşlı qadının meyidi tapıldı - FOTO
SOSİAL
19:28 06.08.2021
737
Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.

Hadisə Soltan Şıxəliyev küçəsində qeydə alınıb.

Onun Kürdəmir bazarında xadimə işləyən, 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızı olduğu müəyyənləşib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
 
///Report

 

 

 

OXŞAR XƏBƏRLƏR