02:22 Cümə Axşamı, 21 Noyabr 2019
SOSİAL

Azərbaycanda evlərə girən seksual manyak peyda olub

10:40, 21.10.20193036
Azərbaycanda evlərə girən seksual manyak peyda olub
Abşeron rayonunda seksual manyak peyda olub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, günorta saatlarında valideynlər evdə olmayanda mənzillərə daxil olan naməlum şəxs azyaşlı qızlara hücum edərək onlara qarşı seksual xarakterli hərəkətlər edir. 

Artıq zərərçəkənlərdən biri, Masazır qəsəbə sakini R.Z polisə müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə 14 yaşlı qızı Aygünü (ad şərtidir) aldadaraq evə daxil olan naməlum şəxs qızına qarşı zorla seksual xarakterli hərəkətlər edib. 

Abşeron RPŞ hazırda həmin şəxsi axtarır. Onun bu tipli başqa cinayətlər etməsi də istisna edilmir.
XƏBƏR LENTİ