“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı

“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
SOSİAL
16:15 21.07.2026
341

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə "UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edib.

Zərərçəkən N.L təqsirləndirilənlərdən Xəyalə İsmayılovanı tanıdığını bildirib:

"2023-də "tik-tok"da Xəyalə İsmayılova ilə tanış oldum. Özünü mənə həkim kimi təqdim elədi. Yazdım ona, görüşdük. Mənə dedi ki, "Əməliyyata gəlməmişdən qabaq xəbər elə ki, dolğuları xaricdən gətizdirim". Mayın 15-də getdim, dedi ki, "Dolğular yaddan çıxıb gətizdirməmişik. Qardaşımı göndərirəm gətirsin". Orada bir oğlan vardı, göndərdi. Oğlan gedib əlində içində sarı maye olan qab gətirdi. Əlcəksiz işləyirdi Xəyalə xanım. Ayağıma o sarı zərdabı vurdu. İki- üç gün keçdi. Xəyalə xanıma yazdım ki, ayağım qızarıb. Məsləhət gördü ki, sistem vurdurum. Sol ayağımın iynə vurulan yerindən deşik açılmışdı, ağrıya dözə bilmirdim. Xəyalə xanıma yazıb vəziyyətimi izah elədim, dedi gəl, sağaldaq. Getdim. Ayağıma baxdı, aşağı hissələrinə keyidici vurdu. İki üç ay beləcə getdim. Hər dəfə iynə vururdular. Vəziyyətim get - gedə pisləşəndə dedilər gəl, dilğuları tamam çıxaraq. Getdim, onu da tam çıxara bilmədilər. 2024- cü ildə Nəsimi rayon Prokurorluğuna şikayət elədim. Məni ekspertizaya göndərəndə, oradakı həkim ayağımın vəziyyətinə baxıb baxıb "Bunu hansı savadsız baytar edib?"-dedi. Ayağım əməliyyat lazım idi; Xəyalə xanımdan aldım. İkinci dəfı əməliyyata 1000 manat verdim. Durumla əlaqədar müalicə prosedurlarına pul lazım idi. Səbəbkar Xəyalə xanımdır deyə təkrar ona yazdım ki, yenidən əməliyyat olmalıyam. Dedi ki "Məndən bu qədər". Sonra məni hər yerdən bloka atdı. Hazırda müalicələrim davam edir. Xəyalə İsmayılovadan şikayətçiyəm, 50 000 manat təzminat tələb edirəm".

Növbəti proses 11 sentyabr saat 09:45-ə təyin olunub.

Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, "UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.

Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib./Lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin Almaniya səfərindən - Görüntülər
19:55 21.07.2026
Prezidentin Almaniya səfərindən - Görüntülər
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
19:21 21.07.2026
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır