Deputatın broyler fabrikində partlayış: - ölən və yaralananlar var

Deputatın broyler fabrikində partlayış: - ölən və yaralananlar var
SOSİAL
11:53 27.07.2017
6115

Lerik rayonunda broyler fabrikində partlayış olub. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, Piran kəndindəki "Lerik Broyler" MMC adlı şirkətin millət vəkili İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu broylerlə bağlı mətbuatda bu günə qədər dəfələrlə yazılıb. Hələ ötən il "Qaynarinfo"ya şikayət edən kənd sakinləri millət vəkilinə məxusus broylerin ətraf mühiti çirkləndirdiyi bildirilir, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğul olduğu deyilirdi. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib. Amma sonradan - özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.


Sakinlər deyir ki, İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler" MMC ekologiyaya ziyan vurmaqla məşğuldur. Hər ay bir dəfə fabrikdə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır. Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçi bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.

Millət vəkilinin ailəsinə məxsus broyler şirkəti bununla da kifayətlənmir. Belə ki, hər ay fabrikdə tələf olan yüzlərlə toyuq heç bir təhlükəsizlik tədbiri görülmədən ətrafa atılır. Bu isə kənd sakinlərinə məxsus şəxsi təsərüfatlardakı ev quşları və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şikayətçi bildirir ki, İqbal Məmmədovun broylerindəki qanunsuzluqlar hər il təkcə onun təsərüffatına 3 min manatdan artıq ziyan vurur. "Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini nəzərə alsaq, ziyan 100 min manatdan artıq olur.

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı