Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
İQTİSADİYYAT
17:43 04.06.2026
366

Dövlət bankı Azər Türk Bankın kollektivi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin doğum gününün ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb.

Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə ali təhsilini tamamlamışdır.

Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərmiş, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmiş, bir sıra beynəlxalq sertifikatlar əldə etmiş və xaricdə peşəkar təlimlərdə iştirak etmişdir.

 


2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. Daha sonra Bankın Rəqəmsal Transformasiya Mərkəzində mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirmişdir.

İşgüzarlığı, təşəbbüskarlığı və yüksək peşəkarlığı ilə seçilən Rauf Əliyev kollektivdə böyük hörmət qazanmışdır. 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparmışdır. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.

Göstərdiyi şücaət və xidmətlərinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncamlarla "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

"Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və bankın kollektivi Rauf Əliyevin ailə üzvlərinin iştirakı ilə şəhidimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad etmiş, onun timsalında bütün şəhidlərimizi hörmət və ehtiramla anmışdır.


Azər Türk Bank Vətən müharibəsində şəhid olmuş bütün hərbçilərimizin əziz xatirəsini qürurla yad edir, onların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir. Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR