Azərbaycanda faciə: 2 aylıq körpənin anası özünü asdı

Azərbaycanda faciə: 2 aylıq körpənin anası özünü asdı
Bütün Xəbərlər
17:30 22.01.2012
1529

Azərbaycanın Bərdə rayonunun Mirzalıbəyli kəndində 26 yaşlı gəlin intihar edib. Bərdə rayon prokurorluğunun müstəntiqi Famil Axundovun Anspress-ə verdiyi məlumata görə, 2 aylıq körpə qız anası olan 09.05.1985-ci il təvəllüdlü Gülnar Fazil qızı Ramazanova özünü yaşadığı evin həyətindəki meynə çardağından şal ilə asıb.

Meyidi ailə üzvləri aşkar edib və polis çağırıblar. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları hadisə yerini müayinə edib və meyit daxili müayinə üçün tibbi ekspertizadan keçirilib.

Müstəntiqin verdiyi məlumata görə, Gülnar Ramazanova doğuş zamanı psixi travma alıb və Bərdə rayon Mərkəzi Xəstəxanasında psixi pozuntulu xəstə kimi qeydiyyatda olub.

Qeyd edək ki, hələlik intiharın dəqiq səbəbləri bilinmir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR