Azərbaycanda faciə: 43 yaşlı kişini sel apardı

Azərbaycanda faciə: 43 yaşlı kişini sel apardı
SOSİAL
16:23 08.07.2026
769
Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR