Azərbaycanda faciə: Bir ailənin üçü uşaq olmaqla 6 üzvü öldü

Azərbaycanda faciə: Bir ailənin üçü uşaq olmaqla 6 üzvü öldü
Bütün Xəbərlər
12:38 01.12.2011
1563
Dəhşətli yol qəzası ilə bağlı rəsmi məlumat yayıldı. Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, noyabrın 30-da saat 23:00 radələrində Ağstafa rayonu ərazisində, rayon sakiniXaliq Aslanovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Türkiyə vətəndaşıYakup Yazıçının idarə etdiyi "Mercedes-Benz" markalı yük maşını toqquşub.Nəticədə "Juqili"nin sürücüsü və sərnişinləri - 7 yaşlı oğlu Emin, 11 yaşlı qızı Mətanət, 82 yaşlı anası Güllüzar, qohumları Elza Aslanova, 2 yaşlı Teymur Aslanov hadisə yerində ölüblər. Xəsarət almış digər sərnişinləri - Xatirə və Aynurə Aslanovalar isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.----------11:11Milli.Az xəbər portalının "Xəzər Xəbər"-ə istinadən verdiyi məlumata görə, dekabrın 1-nə keçən gecə Ağstafa rayonunda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, "VAZ 21011" markalı avtomobil yük maşınına (TIR) çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin 6 üzvü hadisə yerində ölüb. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 3-ü azyaşlıdır. Hadisə nəticəsində ölən şəxslərin adları və təvəllüdləri:Aslanov Emin – 2004Aslanova Mətanət – 2000Aslanov Teymur – 2009Aslanova Elza – 1958Aslanov Xalıq – 1981Aslanova Gülzar – 1928
OXŞAR XƏBƏRLƏR