Azərbaycanda faciə: Dərsə gedən 4 şagird yaralandı

Azərbaycanda faciə: Dərsə gedən 4 şagird yaralandı
Bütün Xəbərlər
14:20 16.09.2013
1304

Gəncədə bilik günü bədbəxt hadisə ilə yadda qalıb.

Gəncədə məktəblinin idarə etdiyi avtomobil ağaca çırpılıb.

Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə hadisə bu gün səhər şəhərin Mahrasa bağı adlanan yaşayış massivində 13 saylı binanın qarşısında baş verib.Məlumata görə 18 yaşlı Azər Kazımov atasının “Mersedes” markalı avtomobilini götürərək məktəb yoldaşları ilə gəzməyə çıxmaq istəyib.Yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarında olan ağaca çırpılıb.Hadisə zamanı avtomobildə olan 19 yaşlı Elgün Məmmədov, 17 yaşlı Ayxan Səfərov və 17 yaşlı Fərman Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.Sürücü və digər bir sərnişinin yüngül xəsarət alıb.Faktla bağlı Gəncə şəhər Baş Polis İdaərisndə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR