Azərbaycanda faciə: nənənin dərmanı ailəni yasa batırdı
Bütün Xəbərlər
15:00 25.04.2012
2924
Sumqayıtda baş vermiş ailə faciəsinin təfərrüatları məlum olub. Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həkimi Sevinc Kərimova Milli.az-a açıqlamasında bildirib ki, azyaşlılar nənələrinin təzyiqi aşağı salmaq üçün qəbul etdiyi "Amlipin" həblərini içiblər.Həkimin sözlərinə görə, aprelin 23-də xəstəxanaya ilk olaraq 2 yaşlı Nəzirə Şıxməmmədova gətirilib. Valideynləri bildiriblər ki, uşaq təzyiq dərmanı içib. Valideynlərin dediyindən məlum olub ki, dərman qutusundan 10 həb yoxdur. Ehtimal ediblər ki, dərmanları Nəzirə içib. Bu səbəbdən azyaşlının dərhal mədəsi yuyulub, reanimasyon tədbirlər görülüb.Həmin gün günorta saatlarında valideynlər Nəzrinin 4 yaşlı qardaşı Kamalı da ağır vəziyyətdə xəstəxanaya gətiriblər. Həmin an uşağın vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin dərmanın dozası güclü olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.Sonradan valideynlər bildiriblər ki, dərman qutusunda 10 həbin olmadığını görən zaman Kamal valideynlərini inandırıb ki, dərmanları bacısı içib. Onlar da dərhal qızı xəstəxanaya gətiriblər. Sən demə, bütün həbləri Kamal özün içib, sadəcə, valideynlərini öz yalanına inandırıb.Sumqayıt Şəhər Prokurorluğunun böyük köməkçisi Pərviz Əliyev bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanıb. Hadisənin necə baş verməsi araşdırmaların sonunda məlum olacaq.***13:07