Azərbaycanda fəaliyyəti dayandırılan özəl klinikaların SİYAHISI

Azərbaycanda fəaliyyəti dayandırılan özəl klinikaların SİYAHISI
SOSİAL
16:08 08.07.2026
275
Azərbaycanda son illərdə özəl tibb müəssisələrində aparılan yoxlamalar nəticəsində bir sıra klinikaların fəaliyyəti dayandırılıb, bəzilərinin lisenziyaları isə məhdudlaşdırılıb. 

Yoxlamalar zamanı əsasən lisenziyasız və ya lisenziyadan kənar tibbi fəaliyyət, qeydiyyatsız dərman vasitələrindən istifadə və digər qanun pozuntuları aşkarlanıb.

AXEBER.COM mövzu ilə bağlı rəsmi məlumatları araşdırıb.

Araşdırma zamanı məlum olub ki, müxtəlif illərdə aparılan yoxlamaların nəticəsi olaraq "VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC və "Nihat Klinikası" MMC-nin fəaliyyəti dayandırılıb.

Bununla yanaşı, "Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC Özəl Tibb Mərkəzinin lisenziyalarından stasionar xidmət hüququ çıxarılaraq həmin müəssisələrə yalnız poliklinik xidmət göstərməyə icazə verilib. 

"NNS KLİNİKA" MMC-də keçirilən plandankənar yoxlama zamanı isə lisenziya olmadan tibbi fəaliyyət göstərilməsi və qeydiyyatsız dərman vasitələrindən istifadə faktları aşkarlanıb. Bununla bağlı inzibati protokol tərtib edilib, eyni zamanda müəssisənin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanlarına təqdimat göndərilib.

Lisenziya şərtlərinin pozulmasına görə fəaliyyəti dayandırılmış "Laser Beauty Klinika"da aparılan təkrar yoxlama zamanı isə müəssisədə tibbi prosedurların davam etdirildiyi müəyyən edilib. Bu səbəbdən klinika barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.
 
Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR