Murad Aşurlı təcrübəli alpinist idi.
Azərbaycanlı alpinist Murad Aşurlı dünən Himalay sıra dağlarının ən məşhur zirvələrindən olan Ama-Dablamdan enərkən (6856 metr) həlak olub.
Bu barədə Nepal KİV məlumat yayıb.
“Oktyabrıb 21-də dağdan eniş zamanı alpinistlərdən biri – 42 yaşlı azərbaycanlı Murad Aşurlı itkin düşüb”, - deyə, Nepal KİV xəbər yayıb.
Muradın qardaşı – Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı təcili Nepala uçub.
Qeyd edək ki, Murad Azərbaycan Alpinizm Federasiyasının üzvüdür və çox təcrübəli alpinistlərdəndir.
O, 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – MakKinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib.
Bununla yanaşı, ixtisaslaşmış formularda İsrail Aşurlının xahişi də yayılıb. O bildirib ki, hazırda Ama Dablamda davam edən axtarış-xilasetmə əməliyyatı başa çatmayanadək bu xəbəri oxuyanlar Muradı Nepal KİV-in yazdığı kimi ölmüş bilməsinlər.
///Oxu.az

