Azərbaycanda 'Feminist Qadınlar Hərəkatı' yaradıldı

Azərbaycanda
Bütün Xəbərlər
14:13 11.05.2012
2409

Bu gün “Feminist Qadınlar Hərəkatı” İctimai Biriyinin təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

AZXEBER.COM-un xəbərinə görə, konfransın keçirilməsində əsas məqsəd qadınların hüquqları sahəsində qarşıya çıxan problemləri aradan qaldırmaqdır. Yəni bəzi ailələrdə qadınlara qarşı olan köləliyə bənzər münasibətlərə son qoymaqdır. 

Tədbirdə iştirak edən İctimai Birliyin həmtəsisçisi Sevinc Məmmədova qeyd edib ki, çox zaman qadınlara nəsl artırmaq üçün vasitə, bəzən isə alınıb-satılan bir əşya kimi baxılır. Bu gün təsərrüfatın ağır sahələrində, xüsusilə də tərəvəzçilikdə çalışanların 90 faizdən çoxunu qadınlar təşkil edir. Mövcud vəziyyətdən əziyyət çəkənlərin əksəriyyətini isə azyaşlı qızlar təşkil edir.  Tədbirdə həmçinin iştirak edən İctimai Birliyin həmtəsisçisi Asiman Nəsirli İctimai Birliyin məqsəd və vəzifələri haqqında məlumat verib. Qeyd edək ki, dünyada mövcud 134 ölkə arasında Azərbaycan qadınları vəzifəyə cəlb olunmada 118-ci yerdədir.
OXŞAR XƏBƏRLƏR