Azərbaycanda fotoları yayılan qız “Telegram” kanalını polisə verdi

Azərbaycanda fotoları yayılan qız “Telegram” kanalını polisə verdi
SOSİAL
14:26 05.02.2022
2143
Azərbaycanda "Telegram”da "... AZE + 18” adı altında açılan kanalda qızlardan biri onun şəkillərinin icazəsiz kanala atıldığını bildirib.

AZXEBER.COM xəbər verir ki, "Instagram”da hesabı olan qadınlardan biri S.R. Oxu.Az-a açıqlamasında bildirib ki, bu sosial şəbəkədə 6 minlik hesabı var və orada şəkillərini paylaşır:

"Ötən həftə həmin səhifə mənim şəkillərimi paylaşıb ki, guya mən pul qarşılığında intim xidmətlər göstərirəm. Mənim 17 yaşım var və Türkiyədə hüquq fakültəsində təhsil alıram.

Mənim 18, 27, 30 yaşım olsun, kiminsə icazəsiz şəkillərimi paylaşmağa ixtiyarı yoxdur. Mən özümü mənəvi cəhətdən zəif saymadığım üçün bu cür hal mənə zərbə deyil, amma həmin adam da etdiyi hərəkətə görə qanun qarşısında cavab verməlidir”.

O deyir ki, şəkilləri kanalda yayılan zaman məsələni ailəsinə bildirib:

"Atam vəkildir və biz polisə müraciət etmişik. Mən həmin səhifədəki adminə yazdım, tələbə biletimi atdım və məsələni izah etdim ki, şəkilləri silsin. O adam mənə dedi ki, kart hesabıma 200 manat pul köçürsən, şəkilləri silərəm”.

S.R. əlavə edib ki, şəkillərinin silməsi ilə üçün deyilən 200 manat pulu göndərməyib:

"Həmin şəxsin etdiyi şantajdır. Bu hal kiminsə zorlaması ilə eyni səviyyədədir. Mənim ətrafım niyə belə bir şey görməlidir? Məni və ailəmi tanıyan, tanımayan var. Belə bir şey etmək üçün cəsarəti haradan tapırlar, bilmirəm”.

Qeyd edək ki, açılan kanal "Instagram”da özünə çox sayda izləyici toplayan "model”lərin intim xidmətlərini təklif edir. Kanalın admini sosial şəbəkələrdə populyarlaşan müxtəlif qızların şəkillərini paylaşaraq nömrələrini və görüşdüyü məkanı qeyd edir. Həmin şəxs bildirir ki, fotoları paylaşılan qadınlar əlaqə nömrəsini və şəkillərini özləri səhifəni idarə edən şəxsə göndərirlər.

30 minə yaxın abunəçisi olan kanal uzun müddətdir ki, fəaliyyət göstərir. Kanal admini özünü Röyal kimi təqdim edir və xaricdə yaşadığını bildirir.

Xatırladaq ki, bir müddət öncə analoji səhifə işlədən gənc saxlanılıb. Onun hazırda istintaq təcridxanasında olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir