Azərbaycanda Fransa əleyhinə aksiyalar başladı

Azərbaycanda Fransa əleyhinə aksiyalar başladı
Bütün Xəbərlər
17:23 23.12.2011
1803
Bu gün saat 15 radələrində Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. AZXEBER.COM Musavat qəzetinə istinadən xəbər verir ki, ictimaiyyət nümayəndələri dünən Fransa Senatında 38 deputatın iradəsi ilə çıxarılan qanuna öz etirazlarını bildiriblər. Xatırladaq ki, həmin qanuna görə, 1915-ci ildə Osmanlı imperiyasında erməni genosidinin olmadığını deyən Fransa vətəndaşları cnayət məsuliyyətinə cəlb edəcəklər. Bu qanunvericilik aktına etiraz olaraq Fransada və Türkiyədə keçirilən etiraz aksiyalarına həmvətənlərimiz də qoşulublar.
OXŞAR XƏBƏRLƏR