Azərbaycanda futbol hakiminin xəstə uşağına kömək lazımdır - FOTOLAR

SOSİAL
18:03 11.05.2016
5828

Beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun 10 aylıq oğlunun müalicə xərcləri üçün sosial şəbəkələrdə başlatdığı yardım aksiyası getdikcə böyüyür.

AZXEBER.COM xəbər verir ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir. 4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdır.Buna səbəb isə körpənin beyninə suyun yığılmasıdır. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemət yaşaması üçün Moskvada əvvəlcə endoskopiya olunmalı, sonra isə onun müalicəsi davam etdirilməlidir. Lakin valideynlərinin buna imkanı çatmır.

O.Məmmədov körpə üçün bank hesabı da açdırıb. O sosial şəbəkələrdə, İtaliya millisinin ona hədiyyə etdiyi fotmanı da satışa çıxartdığını qeyd edib.

Əldə etdiyimiz məlumata görə AFFA müalicə xərclərinin müəyyən qismini öz üzərinə götürüb.

OXŞAR XƏBƏRLƏR