Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto

Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
SOSİAL
10:23 08.06.2026
337
Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.

İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.
 

 


OXŞAR XƏBƏRLƏR