Birinci divizionun komandaları “Şahdağ” və “Araz-Naxçıvan” arasındakı matçda gözlənilməz hadisə baş verib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, 87-ci dəqiqədə Qusar klubunun futbolçusu Yusif Yusifzadə yan hakimə zərbə endirib. Nəticədə AFFA-nın İntizam Komitəsi Yusifzadəyə 2 il ərzində AFFA-nın himayəsi altında futbol fəaliyyəti ilə məşğul olmağı qadağan edib. “Şahdağ” 2 min manat cərimə olunub. “Şahdağ”ın mətbuat katibi Rüstəm Əzimov qeyd edib ki, hadisədən dərhal sonra klub AFFA-nın sanksiyalarını gözləmədən Yusif Yusifzadənin xidmətlərindən imtina edib. O, komandadan kənarlaşdırılıb.