Azərbaycanda gəlinini döyən qayınana barəsində cinayət işi başladı

Azərbaycanda gəlinini döyən qayınana barəsində cinayət işi başladı
Bütün Xəbərlər
18:50 20.02.2012
1963
Ağcabədi rayonunda, rayon sakini Qəhrəmanova Nailə Nizami qızı polis şöbəsinə ərizə ilə müraciət edib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhər, İldırım Sadıqov küçəsi ev 230-da yaşayan N.Qəhrəmanova bildirib ki, qayınanası Qəhrəmanova Bəsti Aslan qızı ailə münaqişəsi zəminində onu döyüb və müxtəlif bədən xəsarətləri yetirib. Qadının iddiasına əsasən, tibbi ekspertiza təyin edilib və qadının üzərində xəsarətlərin olduğu təsdiqlənib. Fakt əsasında Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə iş başlanılıb.
OXŞAR XƏBƏRLƏR