Bu üçəmlərdən əvvəl də bir qızı olub.
Azərbaycanda 21 yaşlı ana üçəm dünyaya gətirib.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, üçəmlərin babası Fədail Həsənovun verdiyi məlumata görə, körpələr ötən gecə saat 01.00-da dünyaya gəliblər:
“Daşkəsən rayonundanıq. Körpələrin üçü də oğlandır. Doğuş Bakı Perinetal Mərkəzində baş verib. Birinin çəkisi 2 kq 100 qram, ikincininki 2 kq, üçüncününkü isə 1 kq 650 qramdır. Anasının vəziyyəti yaxşıdır. Xəstəxanadan çıxandan sonra onları saxlamağa dövlətdən kömək istəyirik. Üçəmlərin anası Səidə Həsənova 21 yaşındadır, vəziyyəti yaxşıdır. Bu üçəmlərdən əvvəl də bir qızı olub. Uşaqların atası müəllimdir”.












































