"Azərbaycanda gənclərə dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir"

"Azərbaycanda gənclərə dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir"
GƏNCLİK
14:35 02.12.2014
1885
Hazırda Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatı son 10 ildə 3,4 dəfə artıb. Biz əhali və ərazisinə görə kiçik bir dövlət olmağımıza baxmayaraq, büdcəmizi 25 dəfə artırmışıq. Bu, həqiqətən də fantastik göstəricidir.
Bu inkişafın fonunda Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclasının rəsmi açılışında çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib.
Azərbaycanda gedən inkişaf prosesləri fonunda gənclərə artan dövlət qayğısından danışan T.Süleymanov tədbir iştirakçılarının da Azərbaycanda gedən dinamik 
inkişafı gördüklərini vurğulayıb.
Tədbirdə iştirak edən avropalı tələbələrə Azərbaycanda elm və təhsilə ayrılan diqqət barədə məlumat verən PA rəsmisi qeyd edib ki, ölkəmizdə 4500 orta məktəb var və cəmi 10 il ərzində onların 3 mindən çoxu yenidən tikilib: “Məktəblər müasir standartlar əsasında yenidən qurulub. Təhsilin inkişafı üçün bütün müasir avadanlıqlar və texnologiyalar təhsil sistemində tətbiq olunub. Buna görə də son illər Azərbaycan elm və təhsil sahəsində də uğurlar əldə edib".
Bu uğurların ən başlıca səbəbinin 23 il əvvəl qazanılan müstəqillik olduğunu deyən T.Süleymanov əlavə edib ki, Azərbaycan olduqca qapalı dövlət olan SSRİ-nin tərkibində olarkən bir çox problemlərlə üzləşib: "Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq qurumlara üzv olduq. Bütün sahələrdə dünya ilə inteqrasiya prosesinə qoşulduq. Bundan başqa, artıq Azərbaycan tolerantlıq mərkəzi, dünya və Avropa miqyaslı tədbirlərin əsas təşkilatçısı kimi də tanınmağa başladı. Demək olar ki, hər gün ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu, dünya ölkələrinin, beynəlxalq qurumların bizə göstərdiyi inamın və Azərbaycanın özünü sübut etməsinin nəticəsidir".
Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən T.Süleymanov qeyd edib ki, çox təəssüflər olsun ki, hazırda yaşadığımız müasir dövrdə hər kəs demokratiyanın inkişafından danışsa da, bəzi ölkələrdə 100 minlərlə insanın hüquqları pozulur.
PA rəsmisi qeyd edib ki, Azərbaycanda da erməni təcavüzü nəticəsində minlərlə insanın hüquqları pozulub: “Onlardan hazırda 350 mindən çoxu gənclərdir. Biz inanırıq ki, dünya ölkələri bu haqsızlığıa qarşı öz qəti mövqeyini göstərəcək və bunu edənlərə qarşı etirazını bildirəcək. Bir gün haqq-ədalət öz yerini tutacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
18:28 17.06.2025
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
18:19 17.06.2025
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
17:53 17.06.2025
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
17:44 17.06.2025
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
17:38 17.06.2025
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var